Azərbaycan Omandan ketçup alışını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 4,93 milyon ABŞ dolları dəyərində 3 283 ton ketçup idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 2,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % çoxdur) 1 537 ton (+25 %), Türkiyədən 1,18 milyon ABŞ dolları dəyərində (+9 %) 808 ton (+16 %), Almaniyadan 410 min ABŞ dolları dəyərində (-11 %) 171 ton (-11 %), Qazaxıstandan 387 min ABŞ dolları dəyərində (+9 %) 323 ton (+9 %), Vyetnamdan 164 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 157 ton (+2,5 dəfə) məhsul alıb.

Azərbaycan 4 il 10 aylıq fasilənin ardından Omandan tədarükü (0,1 min ABŞ dolları dəyərində 0,02 ton) bərpa edib.

2023-cü ildə Azərbaycana 23 ölkədən idxal edilmiş 2 min 956 ton ketçupun 44,2 %-i Rusiyanın, 25,2 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər