Bu ilin oktyabr ayında Azərbaycan Ukraynadan 39,4 ton pendir və 39,1 ton kərə yağı, ümumilikdə 80 tona yaxın süd məhsulları alıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bunlar, Ukraynanın pendir və kərə yağı ixracının müvafiq olaraq 4 %-ni və 8 %-ni təşkil edib.
Ötən ay Ukrayna ümumilikdə 4,27 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 25 % çox) dəyərində 984 ton (22 % çox) pendir, 2,63 milyon ABŞ dolları (1 % az) dəyərində 489 ton (8 % az) kərə yağı ixrac edib.
Ümumilikdə ay ərzində Ukrayna 18,15 milyon dollar dəyərində 8 790 ton süd məhsulları ixrac edib. Bu isə müvafiq olaraq 22,6 % və 17 % çoxdur.