Azərbaycan Novosibirskdən 13 ton dondurma idxal edib

Azərbaycan bu ay Rusiyanın Novosibirsk şəhərindən 12,5 ton dondurma idxal edib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, məhsulun daşınması ötən gün mütəxəssislərin nəzarəti altında baş tutub və yaxın vaxtlarda alıcıya təhvil veriləcək.

Dondurma Avrasiya İqtisadi İttifaqının baytarlıq-sanitariya tələblərinə və Azərbaycanın baytarlıq tələblərinə uyğun istehsal olunub, ona baytarlıq sertifikatı verilib.

Digər xəbərlər