Azərbaycan Nijni Novqoroddan 61 ton kartof idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Şimal-Qərb Regionlararası İdarəsi Nijni Novqoroddan Azərbaycana ixxrac edilən 61,2 ton kartofu yoxlayıb.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, məhsullar Federal Dövlət Büdcə Təşkilatının (ARRIAH) laboratoriyasında yoxlanılıb və karantin obyekti aşkarlanmayıb.

Bu, Nijni Novqorod vilayətindən kartofun ilk tədarüküdür.

Digər xəbərlər