Bu ilin yanvar-may aylarında Azərbaycan 1 milyard 072 milyon 895,08 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 446 milyon 649,22 min ABŞ dolları və ya 71,3 % çoxdur.
Nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 15,69 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin 5 ayında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.