Bu ilin yanvar-aprel aylarında Azərbaycan 787 milyon 739,34 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 262 milyon 555,71 min ABŞ dolları və ya 50 % çoxdur.
Nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 14,87 %-ni təşkil edib.
Bu ilin 4 ayında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.