Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1 milyard 978 milyon 812,09 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin 10 ayı ilə müqayisədə 277 milyon 657,45 min ABŞ dolları və ya 12,3 % azdır.

Ötən aylar ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 11,89 %-ni təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Digər xəbərlər