Bu ay Azərbaycan Rusiyanın Mordoviya bölgəsindən 13,3 ton pişik yemi (konserv) idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, bütün məhsullar akkreditə olunmuş sınaq laboratoriyalarında təhlükəsizlik yoxlanışından keçirilib.