2023-cü ildə Azərbaycan 14,3 milyon ABŞ dolları dəyərində 4 milyon kvadratmetr cilalanmış şüşə ixrac edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 2 % azdır.
Hesabat dövründə Azərbaycan Ukraynaya 6,35 milyon ABŞ dolları dəyərində (-20 %) 1 milyon 692 min kvadratmetr (-10 %), Türkiyəyə 6,3 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 1 milyon 990 min kvadratmetr (+4 dəfə), İrlandiyaya 989 min ABŞ dolları dəyərində (+20 %) 242 min kvadratmetr (+83 %), Gürcüstana 218 min ABŞ dolları dəyərində (-85 %) 55,3 min kvadratmetr (-81 %), Polşaya 210,4 min ABŞ dolları dəyərində (-95 %) 49 min kvadratmetr (-95 %) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Moldovaya (82,5 min ABŞ dolları dəyərində 14 min kvadratmetr) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycandan (17 ölkəyə) ixrac edilən 4,2 milyon kvadratmetr cilalanmış şüşənin 45,3 %-i Ukraynanın payına düşüb.