Azərbaycan Moldova və Türkmənistandan vafli tədarük etməyə başlayıb  

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 16,8 milyon ABŞ dolları dəyərində 5 min 285 ton vafli və vafli həbləri idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 27 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 5,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % çoxdur) 1 min 165 ton (+21 %), Rusiyadan 4,71 milyon ABŞ dolları dəyərində (-11 %) 2 min 349 ton (+5,9 %), Bolqarıstandan 1,7 milyon ABŞ dolları dəyərində (+36 %) 406 ton (+37 %), Almaniyadan 1,53 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 315 ton (+2,8 dəfə), Ukraynadan 1,46 min ABŞ dolları dəyərində (+3 dəfə) 477 ton (+2,6 dəfə) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Moldova (11,74 min ABŞ dolları dəyərində 3,47 ton) və Türkmənistandan (1,95 min ABŞ dolları dəyərində 1 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (25 ölkədən) idxal edilən 4 min 714 ton vaflinin 52 %-i Rusiyanın, 23,2 %-i Türkiyənin, 7,4 %-i Bolqarıstanın, 4,6 %-i Ukraynanın, 3,7 %-i Almaniyanın payına düşüb.

Digər xəbərlər