Azərbaycan Misirə neft koksu ixrac etməyə başlayıb

Bu ilin I rübündə Azərbaycan 5,5 milyon ABŞ dolları dəyərində 67 min 625 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 81,7 %, kəmiyyət olaraq 7 % azdır.

Hesabat dövründə Azərbaycan Çinə 3,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 88 % azdır) 42 min 617 ton (-36 %), Misirə 1,3 milyon ABŞ dolları dəyərində 14 min 890 ton və Rusiyaya 910 min ABŞ dolları dəyərində (-32 %) 10 min 116 ton (+3 dəfə) məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirə tədarük həyata keçirilib.

Digər xəbərlər