Azərbaycan Misirdən ştepsel və rozetka idxalını bərpa edib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 9,2 milyon ABŞ dolları dəyərində 886,2 ton ştepsel və rozetka idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 58 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 73 % çoxdur) 607 ton (+25 %), Türkiyədən 2,3 milyon ABŞ dolları dəyərində (+34 %) 242 ton (+20 %), İtaliyadan 777 min ABŞ dolları dəyərində (+25 %) 13,7 ton (+37 %), Almaniyadan 527 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 3,4 ton (+2,1 dəfə), Böyük Britaniyadan 487 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 4,3 ton (+9,4 dəfə) məhsul alıb.

Azərbaycan 2 il 7 ayın tamamında Misirdən (4,65 min ABŞ dolları dəyərində 0,1 ton) və 1 il 5 aylıq fasilənin ardından Lixtenşteyndən (6,6 min ABŞ dolları dəyərində 0,1 ton) tədarükü bərpa edib.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34