Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 6,1 min ABŞ dolları dəyərində 1,86 ton qulançar gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 8 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 5,88 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 % azdır) 1,78 ton (-1,2 %), Perudan 0,15 min ABŞ dolları dəyərində (-72 %) 0,05 ton (-72 %) və Meksikadan 0,07 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alıb.
Azərbaycan 3 il 5 aylıq fasilənin ardından Meksikadan qulançar tədarükünü bərpa edib.