Ötən il Azərbaycan 4,1 milyon ABŞ dolları dəyərində 22 min 847 ədəd kassa aparatı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 64 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 3,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 64 % azdır) 22 min 234 ədəd (-65 %), Tayvandan 118,4 min ABŞ dolları dəyərində (+33 %) 130 ədəd (-14 %), Rusiyadan 107,5 min ABŞ dolları dəyərində (-91 %) 109 ədəd (-79 %), Malayziyadan 67,5 min ABŞ dolları dəyərində 53 ədəd (bir il əvvəl tədarük olmayıb), Macarıstandan 57 min ABŞ dolları dəyərində (-76 %) 64 ədəd (-77 %) kassa aparatı alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Meksikadan (27 min ABŞ dolları dəyərində 35 ədəd) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 64 min ədəd kassa aparatının 98,2 %-i Çinin payına düşüb.