Bu ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana 24 milyon 838 min ABŞ dolları dəyərində polad ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 11 % azdır.
Təkcə martda isə Azərbaycan Türkiyədən 6 milyon 81 min ABŞ dolları dəyərində polad idxal edib ki, bu da 1 il əvvələ nisbətən 34,3 % azdır.