Azərbaycan Malayziyadan tütün tədarük etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 76,8 milyon ABŞ dolları dəyərində 4 min 382 ton çəkməli tütün idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 8,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 65,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 3 min 362 ton (+2,2 dəfə), Ukraynadan 8,1 milyon ABŞ dolları dəyərində (-50 %) 611 ton (-44 %), İordaniyadan 2 milyon ABŞ dolları dəyərində (-2 %) 333 ton (-15 %), Özbəkistandan 820 min ABŞ dolları dəyərində (-95 %) 39,1 ton (-48 %), Rusiyadan 485 min ABŞ dolları dəyərində (+8,8 dəfə) 31,1 ton (+17 dəfə) tütün alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Malayziyadan (1,8 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 4 min 369 ton çəkməli tütünün 41,7 %-i Türkiyənin, 25,7 %-i Ukraynanın payına düşüb.

Digər xəbərlər