Azərbaycan Kurqandan 16 tona yaxın ət konservi idxal edib

Bu ay Azərbaycan Rusiyanın Kurqan vilayətindən 15,75 ton ət konservi idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, bütün ixrac edilən məhsul laboratoriyalarda yoxlanılıb və idxalçı ölkənin baytarlıq-sanitariya tələblərinə cavab verib.

Xatırladaq ki, ötən il Azərbaycan Kurqandan 100 tondan çox ət konservi tədarük edib.

Digər xəbərlər