Azərbaycan kərə yağı ixracını kəskin azaldıb

Bu ilin ilk 9 ayı ərzində Azərbaycan 15,1 min ABŞ dolları dəyərində 2,97 ton kərə yağı ixrac edib.

“Report”un Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2015-ci ildən bu yana qeydə alınan ən aşağı göstəricidir. Ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı ixracı dəyər ifadəsində 99,12 %, kəmiyyət olaraq– 99,23 % azalıb. Bu məhsulun bir tonun ixrac qiyməti əvvəlki ilə nisbətən 15 % artıb.

2016-cı ildən bu yana məhsulumuzun əsas tədarük bazarı davamlı olaraq Rusiya olub. Belə ki, həmin ildə cəmi idxal həcminin 89,8 %-i, 2017-ci ildə - 98,7 %-i, 2018-ci ildə - 94,7 %-i, 2019-cu ildə - 99,6 %-i, 2020-ci ildə - 100 %-i şimal qonşumuzun payına düşüb. 2021-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan bu ölkəyə kərə yağı tədarük edilməyib.

Hesabat dövründə ölkəmizə 52,84 milyon ABŞ dolları dəyərində 10,34 min ton kərə yağı idxal edilib. Bu, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 9,5 % və 6,7 % azdır. Hesabat dövründə Azərbayan 17 ölkədən kərə yağı alıb. İdxalın ümumi həcminin 49,15 %-i Yeni Zellandiyanın, 20 %-i Ukraynanın, 12 %-i Belarusun payına düşüb. Hesabat dövründə bu ölkələrdən tədarük edilən kərə yağının bir tonun idxal qiyməti ötən ilə nisbətən müvafiq olaraq 2,69 %, 2,64 % artıb və 3,08 % azalıb.

Digər xəbərlər