2023-cü ildə Azərbaycan 49 min ABŞ dolları dəyərində 0,06 ton zəfəran idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 25 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 47,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çoxdur) 0,05 ton (dəyişməyib), İspaniyadan 1 min ABŞ dolları dəyərində (+44 %) 0,01 ton (dəyişməyib), Gürcüstandan 0,1 min ABŞ dolları dəyərində (-72 %) 0,01 ton (-50 %) və İtaliyadan 0,05 min ABŞ dolları dəyərində 0,01 ton zəfəran alıb.
Azərbaycan iki ilin tamamında İtaliyadan zəfəran tədarükünü bərpa edib.