Azərbaycan İsveçrədən naviqasiya cihazlarının alışını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1,42 milyon ABŞ dolları dəyərində 5 min 879 ədəd naviqasiya cihazı və aləti (aeronaviqasiya və kosmiknaviqasiya üçün cihazlar da daxildir) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 % azdır, kəmiyyət olaraq – 41 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Böyük Britaniyadan 660 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,9 dəfə çoxdur) 257 ədəd (+12 dəfə), Amerika Birləşmiş Ştatlarından 444 min ABŞ dolları dəyərində (-30 %) 64 ədəd (+2,5 dəfə), Yaponiyadan 93 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 11 ədəd (+83 %), İsveçrədən 67,51 min ABŞ dolları dəyərində 1 ədəd, Norveçdən 63 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 17 ədəd (+3,4 dəfə) cihaz alıb.

Azərbaycan 1 il 4 aylıq fasilənin ardından İsveçrədən tədarükü bərpa edib.

Digər xəbərlər