Ötən il Azərbycanda istehlakçıların əczaçılıq məhsulları və tibbi ləvazimatlarına çəkdiyi xərc 24,8 % artaraq 952 milyon manata çatıb.
Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,2 %-i bu məhsulların alınmasına sərf olunub.
Xatırldaq ki, bu məhsullar üzrə pərakəndə ticarət dövriyyəsi 2020-ci ildə 748,9 milyon manat olub. 2020-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 1,8 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.