Azərbaycan İspaniyadan yedək gəmi tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 37,9 milyon ABŞ dolları dəyərində 4 ədəd yedək (buksir) gəmi və gəmi itələyən idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 473 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycana Çindən 21 milyon ABŞ dolları dəyərində 1 ədəd, İspaniyadan 16,5 milyon ABŞ dolları dəyərində 1 ədəd və Türkiyədən 355,33 min ABŞ dolları dəyərində 2 ədəd adıçəkilən su nəqliyyatı gətirilib.

Azərbaycan 3 il 4 ayın tamamında Çindən və 2 il 1 aydan sonra Türkiyədən tədarükü bərpa edib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan İspaniyadan yedək gəmi alıb.

Digər xəbərlər