Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 12 milyon ABŞ dolları dəyərində 4 min 466 ton kolbasa idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 7,2 %, kəmiyyət olaraq – 26,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 8,11 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % çoxdur) 3 min 629 ton (+35 %), Almaniyadan 1,3 milyon ABŞ dolları dəyərində (+24 %) 340 ton (+7 %), Belarusdan 1 milyon ABŞ dolları dəyərində (-11 %) 216 ton (-26 %), Türkiyədən 846 min ABŞ dolları dəyərində (+25 %) 192 ton (+55 %), İspaniyadan 157,4 min ABŞ dolları dəyərində (+7 dəfə) 13,82 ton (+7 dəfə) kolbasa alıb.
2022-ci il ərzində Azərbaycana (15 ölkədən) idxal edilən 5 min 236 ton kolbasanın 75,7 %-i Rusiyanın payına düşüb.