Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 3,5 milyon ABŞ dolları dəyərində 1 min ton qurudulmuş ərik idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,2 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,53 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 336 ton (-26 %), İrandan 1,16 milyon ABŞ dolları dəyərində (+2,2 %) 368 ton (-28 %), Özbəkistandan 542 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 266 ton (+2,5 dəfə), Tacikistandan 219 min ABŞ dolları dəyərində 109 ton (bir il əvvəl tədarük olmayıb), İraqdan 6 min ABŞ dolları dəyərində 2 ton məhsul idxal edib.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqdan tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (6 ölkədən) idxal edilmiş 1 min 495 ton qurudulmuş ərikin 44,9 %-i İranın, 43,8 %-i Türkiyənin payına düşüb.