Bu ilin yanvar-avqust aylarında Azərbaycan 18,25 milyon ABŞ dolları dəyərində 1 min 948 ton saflaşdırılmış misdən məftil idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 80 %, kəmiyyət olaraq – 69 % çoxdur.
Hesabat dövründə Azərbaycan Özbəkistandan 12,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 1 min 331 ton (+91 %), Qazaxıstandan 3,3 milyon ABŞ dolları dəyərində 376 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 1,3 milyon ABŞ dolları dəyərində (-52 %) 139 ton (-59 %), İrandan 574 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 59,5 ton (+2,5 dəfə), Türkiyədən 424 min ABŞ dolları dəyərində (-56 %) 38 ton (-62 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 2 min 116 ton mis məftilin 60 %-i Özbəkistanın payına düşüb.