Ötən il Azərbaycan xaricdən 35 min ABŞ dolları dəyərində ipək idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 8 min ABŞ dolları (18,6 %) azdır.
Ötən il ərzində Azərbaycanın ipək ixracının dəyəri isə 4,213 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 3,113 milyon ABŞ dolları (3,8 dəfə) çoxdur.
Hesabat dövründə ipək üzrə idxal Azərbaycanın ümumi idxalının 0 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.