Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 30,7 milyon ABŞ dolları dəyərində ipək idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % azdır.
11 ay ərzində Azərbaycanın ipək ixracının dəyəri isə 3,4 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 6 dəfə çoxdur.
Hesabat dövründə ipək üzrə idxal Azərbaycanın ümumi idxalının 0,01%-ni, ixrac isə ümumi ixracın 0,02%-ni təşkil edib.