"Azərbaycan İnvestisiya Şirkəti"nin vaxtilə payçısı olduğu şirkət iki yerə bölünüb

“Milk-Pro” MMC-nin tərkibindən "Xətai Development" MMC ayrılıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istuinadən xəbər verir.

Məlumata görə, bölünmə nəticəsində "Xətai Development" “Milk-Pro"nun bəzi hüquq və öhdəlikləri üzrə varisdir.

Xatırladaq ki, “Milk-Pro” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. 1 il bundan əvvələ qədər "Milk-Pro"nun təsis paylarının 20 %-i İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə məxsus olub.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34