Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 6,7 milyon ABŞ dolları dəyərində 232 min 252 ədəd elektrik enerjisi sayğacı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 25 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 4,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % azdır) 101 min 43 ədəd (-10 %), Türkiyədən 2 milyon ABŞ dolları dəyərində (+3,6 %) 130 min 948 ədəd (-34 %), İtaliyadan 10,7 min ABŞ dolları dəyərində (-78 %) 77 ədəd (-67 %), Rusiyadan 9,3 min ABŞ dolları dəyərində (-68 %) 103 ədəd (-57 %), Amerika Birləşmiş Ştatlarından 5,5 min ABŞ dolları dəyərində (-49 %) 2 ədəd (-87 %) cihaz alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə İndoneziyadan (1,1 min ABŞ dolları dəyərində 2 ədəd) tədarük həyata keçirilib.