Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir

Belarusun “Belavia" aviaşirkəti dekabrın 4-dən etibarən Bakı-Minsk istiqamətində birbaşa aviareysləri bərpa edir.

Şirkətdən"Report"a verilən məlumata görə, uçuşlar həftədə 4 dəfə ( çərşənbə axşamı, cümə, şənbə və bazar günləri) həyata keçiriləcək.

Vurğulanır ki, təyyarə Bakıdan saat 04:15-də qalxacaq, 06:50-də isə Minskə çatacaq.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51