Azərbaycan iki ölkədən qızılbalığın alışını bərpa edib

Bu ilin I yarısında Azərbaycana xaricdən 1,2 milyon ABŞ dolları dəyərində 200,4 ton qızılbalıq (təzə və dondurulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 37 % azdır.

Hesabat dövründə Norveçdən 554 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 68 % artıb) 98,5 ton (+50 %), Çilidən 400 min ABŞ dolları dəyərində (-50 %) 76,4 ton (-53 %), Lüksemburqdan 173 min ABŞ dolları dəyərində (+54 %) 10,7 ton (+38 %), Kanadadan 41 min ABŞ dolları dəyərində 13,6 ton, Türkiyədən 8 min ABŞ dolları dəyərində 1,1 ton məhsul alınıb.

Üç il 1 aylıq fasilənin ardından Türkiyədən, 2 il 7 aylıq aradan sonra Kanadadan tədarük bərpa edilib.

Digər xəbərlər