Bu ilin yanvar-avqust aylarında Azərbaycana 2,8 milyon ABŞ dolları dəyərində 1 min 768 ton ketçup idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 774 ton (-13 %), Türkiyədən 690,5 min ABŞ dolları dəyərində (+33 %) 439 ton (+12 %), Almaniyadan 349 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 146,3 ton (+2,3 dəfə), Qazaxıstandan 229 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 196 ton (+2 dəfə), Portuqaliyadan 88,4 min ABŞ dolları dəyərində 61,1 ton məhsul alıb.
Azərbaycan 2 ilin tamamında Vyetnamdan (47 min ABŞ dolları dəyərində 41 ton) və Portuqaliyadan ketçup tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilmiş 4,4 milyon ABŞ dolları dəyərində ketçupun 54 %-i Rusiyanın, 25,2 %-i Türkiyənin, 5,5 %-i Almaniyanın, 5,3 %-i Qazaxıstanın payına düşüb.