Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 671 min ABŞ dolları dəyərində 286 ton qurudulmuş qara gavalı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 % azdır, kəmiyyət olaraq – 11 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 236,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35 % çoxdur) 163,3 ton (+38 %), Moldovadan 181,4 min ABŞ dolları dəyərində (-36 %) 51,5 ton (-36 %), Çilidən 123,3 min ABŞ dolları dəyərində (+31 dəfə) 24,3 ton (+24 dəfə), Özbəkistandan 81,9 min ABŞ dolları dəyərində (-31 %) 34,8 ton (-34 %), Argentinadan 25,5 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 5,5 ton (+5,6 dəfə) qara gavalı alıb.
Azərbaycan 2 il 11 aylıq fasilənin ardından İspaniyadan (3 min ABŞ dolları dəyərində 1 ton) və 2 il 9 aylıq aradan sonra İtaliyadan (0,4 min ABŞ dolları dəyərində 0,03 ton) tədarükü bərpa edib.