Azərbaycan iki ölkədən çilçıraq idxalını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 23,72 milyon ABŞ dolları dəyərində 3 min 783 ton çilçıraq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 52 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 15,85 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 67 % çoxdur) 3 min 490 ton (+59 %), Türkiyədən 3,81 milyon ABŞ dolları dəyərində (+44 %) 167 ton (-2 %), İtaliyadan 1,73 milyon ABŞ dolları dəyərində (+42 %) 61 ton (+1,7 %), İspaniyadan 537 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 6,7 ton (-19 %), Çexiyadan 444 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 4,7 ton (+2,4 dəfə) çilçıraq alıb.

Azərbaycan 3 il 6 ayın tamamında Malayziyadan (14 min ABŞ dolları dəyərində 0,2 ton) və 2 il 7 aylıq fasilənin ardından İndoneziyadan (0,2 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.

Digər xəbərlər