Azərbaycan İƏT ölkələri ilə rəqəmsal ticarətlə bağlı saziş imzalaya bilər

"Türkiyə ilə Azərbaycan arasında Rəqəmsal Ticarət haqqında Anlaşma Memorandumu imzalanıb. Bu prosesin digər İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ilə davam etdirilməsi nəzərdən keçirilə bilər".

"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən İnvestisiya və Mədəniyyət Sammitində "İƏT regionunun gələcək iqtisadi və ticarət perspektivləri " adlı panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İƏT- ə üzv ölkələr rəqəmsal ticarətin inkişaf etdirilməsinə diqqət yetirməlidir.

Nazir müavini vurğulayıb ki, Azərbaycan İƏT ölkələri ilə əməkdaşlıqda özünü etibarlı tərəfdaş kimi təqdim edir: "Bizim bu ölkələrlə azad ticarət, sərmayələrin qorunması və təşviqi, eləcə də ikiqat vergitutmanın aradan qaldırılması sazişlərindən ibarət hüquq-müqavilə bazası mövcuddur. Bu günə qədər İƏT-in 18 üzv dövləti ilə sərmayə sazişləri, 13 üzv dövləti ilə isə ikiqat vergitutmanın aradan qaldırılması sazişləri imzalanıb. Hazırda bir neçə ölkə ilə yeni sazişlərin imzalanması istiqamətində danışıqlar aparılır".

Digər xəbərlər