2021-ci ildə Azərbaycan 77,421 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci il ilə müqayisədə 26,85 % çoxdur.
Ötən il Azərbaycanın içki və sirkə ixracının dəyəri isə 14,629 milyon ABŞ dolları olub ki, bu da əvvəlki ilə nisbətən 21,3 % çoxdur.
Hesabat dövründə içki və sirkə üzrə idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni, ixracndan əldə olunan gəlirlər isə ümumi ixrac gəlirlərinin 0,1 % təşkil edib.