2022-ci il ərzində Azərbaycan 31,03 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içki, sirkə ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur.
Ötən il ərzində Azərbaycanın spirtli və spirtsiz içki və sirkə idxalının dəyəri isə 84,1 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 8,66 % çoxdur.
Hesabat dövründə içki və sirkə üzrə ixrac gəlirləri Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,08 %-ni, idxal xərcləri isə ümumi idxal xərclərinin 0,58 %-ni təşkil edib.