Bu ilin I yarısında Azərbaycan Rusiyanın Oryol vilayətindən 5 020 doza qarayara əleyhinə vaksin idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, 6 ayda "Rosselxoznadzor"un Oryol və Kursk vilayətləri üzrə idarəsi, Oryol vilayətindən ixrac edilmiş 29 496 ton heyvandarlıq məhsullarını və yemi yoxlayıb. Bu da ötən eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Hesabat dövründə bölgədən Latviya və Belarusa 29 481 ton günəbaxan və kolza unu, Özbəkistana isə 15 ton kolbasa ixrac edilib.