Azərbaycan I yarımildə Gürcüstandan 14 mindən çox avtomobil idxal edib

Bu ilin I yarısında Azərbaycan Gürcüstandan 226 milyon ABŞ dolları dəyərində 14 206 ədəd avtomobil idxal edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Gürcüstandan ümumilikdə 990 milyon ABŞ dolları dəyərində 51 min avtomobil ixrac edilib. O cümlədən Qırğızıstana 5 840 ədəd (236 milyon ABŞ dollar dəyərində), Qazaxıstana 13 916 ədəd (236 milyon ABŞ dolları dəyərində), Ermənistana 10 235 ədəd (185 milyon ABŞ dolları dəyərində), Rusiyaya isə 3 786 ədəd (53 milyon ABŞ dolları) avtomobil göndərilib.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51