Bu il yanvar-iyun aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 39,704 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 15,4 % çoxdur.
Hesabat dövründə bölgədən ümumilikdə 5 304,826 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 11 % azdır.
6 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (2 milyard 161,08 milyon ABŞ dolları; illik müqayisədə 8 % az) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (806,758 milyon ABŞ dolları; 24 % az) və Amerika qitəsi ölkələri (637,582 milyon ABŞ dolları; 10 % az) izləyib.