"Zarat Group of Companies" MMC-yə daxil olan “Zarat Taxıl” MMC nizamnamə kapitalını 4 977 330 manatdan 20 manata, “Zarat Yem Fabriki” MMC isə 1 547 985 mnatadan 1 000 manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
“Zarat Taxıl” 2021-ci ilin aprel ayında, “Zarat Yem Fabriki” 2023-cü ilin mart ayında yaradılıb.