Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 2,1 milyon ABŞ dolları dəyərində 111 min 909 ədəd elektrik ütü idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 55 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,147 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14,5 % çoxdur) 96 min 841 ədəd (+54 %), Fransadan 650,83 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 10 min 173 ədəd (+3,2 dəfə), İndoneziyadan 124,44 min ABŞ dolları dəyərində (-54 %) 1 min 748 ədəd (-41 %), Misirdən 82,18 min ABŞ dolları dəyərində 2 min 190 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 18,54 min ABŞ dolları dəyərində (+6,3 dəfə) 260 ədəd (+5 dəfə) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan (5,7 min ABŞ dolları dəyərində 146 ədəd) tədarük həyata keçirilib.