2023-cü ildə Gürcüstan Azərbaycandan 34 milyon ABŞ dolları dəyərində dəmir və polad idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 33 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana dəmir və polad tədarük edən 42 ölkə sırasında 5-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 368 milyon ABŞ dolları dəyərində dəmir və polad alıb ki, bu da bir il əvvəlki göstəricidən 14 % azdır. O cümlədən, Gürcüstan Rusiyadan 102 milyon ABŞ dolları, İrandan 83,4 milyon ABŞ dolları, Çindən 61,2 milyon ABŞ dolları, Türkiyədən 58,5 milyon ABŞ dolları dəyərində dəmir və polad idxal edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 429 milyon ABŞ dolları dəyərində dəmir və polad alıb ki, bunun da 51,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.