2023-cü ildə Gürcüstan Azərbaycana 4,7 milyon ABŞ dolları dəyərində diri ev toyuğu (cücə) ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 4 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın cücə ixrac etdiyi 3 ölkə sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 7,8 milyon ABŞ dolları dəyərində cücə satıb ki, bu da bir il əvvəlki göstəricidən 15 % çoxdur. O cümlədən, Gürcüstan Ermənistana 2,6 milyon ABŞ dolları, İrana 528 min ABŞ dolları dəyərində cücə ixrac edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 6,8 milyon ABŞ dolları dəyərində cücə ixrac edib ki, bunun da 4,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan cücə tədarükünə çəkdiyi xərci 44 dəfə artıb.