Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 604 794 qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları idxal edib.
Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,3% və yaxud 2,5 dəfə azdır.
10 aylıq idxalın ümumi dəyəri 14,7 milyon ABŞ dolları təşkil edib.