Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 15,6 milyon ABŞ dolları dəyərində 6,465 ton diri iribuynuzlu mal-qara ixrac olunub.
“Report”un yerli bürosuna xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Ötən ilin eyni dövrünə nisbətdə məhsulun həcmi 75,5 % artıb.
İlk 10 ayda Azərbaycan qonşu ölkədən ümumi dəyəri 5,25 milyon ABŞ dolları olan 1,841 ton diri qoyun və keçi də tədarük edib.