Ötən il Azərbaycana 10,82 milyon ABŞ dolları dəyərində 373 min 850 ədəd elektrik enerjisi sayğacı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 32 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 8,39 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % çoxdur) 142 min 955 ədəd (+34%), Türkiyədən 2,32 milyon ABŞ dolları dəyərində (-16 %) 230 min 267 ədəd (+31 %), İtaliyadan 49,2 min ABŞ dolları dəyərində (+49 dəfə) 233 ədəd (+26 dəfə), Rusiyadan 31 min ABŞ dolları dəyərində (-74 %) 257 ədəd (-63 %), Amerika Birləşmiş Ştatlarında 11 min ABŞ dolları dəyərində (-45 %) 19 ədəd (+6 dəfə) cihaz alıb.
Azərbaycan 7 il 4 aylıq fasilənin ardından Gürcüstandan (0,44 min ABŞ dolları dəyərində 11 ədəd) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycanın (13 ölkədən) idxal edilmiş 283 min 713 ədəd elektrik sayğacın 62 %-i Türkiyənin, 37,6 %-i Çinin payına düşüb.