Bu ilin ilk 11 ayında Gürcüstandan Azərbaycana 16,3 milyon ABŞ dolları dəyərində 6,888 ton diri iribuynuzlu mal-qara ixrac olunub.
“Report”un yerli bürosuna bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
İllik müqayisədə ixrac olunan məhsulun həcmi 1 826 ton və yaxud 36 % artıb.
Yanvar-noyabrda Azərbaycan qonşu ölkədən ümumi dəyəri 5,38 milyon ABŞ dolları olan 1,903 ton diri qoyun və keçi də idxal edib ki, bu da ötən ilin eyni dövrün göstəricisindən 1,76 % çoxdur.