Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 69,4 milyon ABŞ dolları dəyərində 8 787 ədəd minik avtomobili idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 1 669 ədəd və yaxud 16 % azdır.
Hesabat dövründə Gürcüstandan ümumilikdə 132,1 milyon ABŞ dolları dəyərində avtomobil təkrar ixrac olunub ki, bunun da 52,5 %-i Azərbaycanın payına düşüb.