Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb

Bu ilin I rübündə Gürcüstandan Azərbaycana 50,8 milyon ABŞ dolları dəyərində 6 438 ədəd minik avtomobili ixrac olunub.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, illik müqayisədə 755 ədəd və yaxud 10,5 % azdır.

Yanvar-martda Gürcüstandan ümumilikdə 94,8 milyon ABŞ dolları dəyərində avtomobil təkrar ixraca yönəldilib. Bunun 53,6 %-i Azərbaycanın payına düşüb.

Digər xəbərlər